“Şərəf və qürurumu alçaltmaq istəyirlər. Mənim intihar etməyimi istəyirlər. Dövlətə xəyanət etməyimi istəyirlər. Onu da etməyəcəm. Görün məni kimlər şantaj edir? Bu hadisəni mən xanımımdan eşitdim. Zəng vurdu ki, səninlə bağlı video yayılıb.”
“Unikal”
xəbər verir ki, bu sözləri iş adamı Şəmsi Səmədoğlu son günlər ölkə gündəmini zəbt edən xoşgəlməz görüntülərlə bağlı RTV-yə müsahibəsində bildirib. 
Ş. Səmədoğlu ailəsinin ona böyük dəstək oldğunu deyib: “Videonu görəndə bir anlıq ağlıma ölmək fikri gəldi. Bu videonu görməkdənsə ölmək yaxşıdır. İnsan şərəfi ilə, ləyaqəti ilə ölsə yaxşıdır. Orda olan adam mənə oxşayırsa ölməm daha məsləhət idi.  Bu videodan sonra dərhal həyat yoldaşım, oğlum və kürəkənlərim iş yerinə gəldilər. Dedilər əgər sən səhv bir addım atsan biz hamımız özümüzü öldürəcəyik. Biz sənə güvənirik, şərə-böhtana inanmırıq”.