ABŞ-nin keçmiş prezidenti Donald Tramp çıxışında Macarıstanın baş naziri Viktor Orbanı "Türkiyənin lideri" adlandırıb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, eks-prezident Orbanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla səhv salıb.

Tramp Nyu-Hempşir ştatında seçki kampaniyası zamanı çıxışında deyib: "Bir adam var, Viktor Orban, onun haqqında kim nə eşidib? O, yəqin ki, dünyanın ən güclü liderlərindən biridir. O, Türkiyənin lideridir". 

Ağarza Elçinoğlu