"App Store"və "Play Store"da "Telegram" tətbiqində HƏMAS-ın hesablarına giriş bloklanıb.

"Unikal" xəbər verir ki, bundan başqa, təşkilatın rəsmi saytına da giriş bloklanıb.

"Abunə olduğunuz bəzi kanallara çıxış imkanı "Google Play" qaydalarına əsasən, sizin "Telegram" versiyanızda məhdudlaşmış ola bilər", - məlumatda deyilir.

Qeyd edək ki, "Google" İsrail Ordusunun sorğusu əsasında "Google Map" və "Waze" tətbiqlərində İsrail və Qəzza zolağında canlı yol hərəkəti məlumatlarını deaktiv edib.

Xatırladaq ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar. İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.