Türkiyədə 6 il əvvəl özəl xəstəxanaların birində xərçəng diaqnozu qoyulan qadının sağlam olduğu ortaya çıxıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, xərçəng xəstəsi olduğu deyilən qadın 2 sinəsi səhv diaqnoz səbəbindən kəsilib. 6 il müddətində müalicə alan qadın başqa həkimin yanına getməklə xərçəng xəstəsi olmadığını öyrənib.
Bundan sonra qadın Kocaeli şəhərində getdiyi xəstəxananı və 2 həkimi məhkəməyə verib.
Gülayə Mecid