İsraillə sülh danışıqları yalnız “işğal olunmuş torpaqlar” azad edildikdən sonra mümkündür.

"Unikal" xəbər verir ki, bu barədə Fələstinin HƏMAS qrupunun nümayəndəsi Xalid Meşal  "Sky News" telekanalına bildirib.

Telekanalla müsahibə zamanı o, İsrail ordusunu Qəzza zolağının atəşə tutulmasını dayandırmağa, insanların anklavdan zorla köçürülməsinə son qoymağa, həmçinin keçid məntəqəsini açmağa və şəhərə humanitar yardımın daxil olmasına icazə verməyə çağırıb.

Bundan əvvəl Fələstinin Səhiyyə Nazirliyi İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr zamanı 5791 nəfərin öldüyünü bildirmişdi. Bundan əlavə, Qəzza zolağının sakinləri qeyd edirlər ki, blokada şəraitində qida əldə etmək çətindir, buna görə də hər gün uşaqlar ölür. 

Gülayə Mecid