Respublikaçılar tərəfindən ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizəd kimi irəli sürülən amerikalı konqresmen Tom Emmer (Minnesota ştatından) bu vəzifə uğrunda mübarizədən çəkilmək qərarına gəlib.
"Unikal" xəbər verir ki, bu barədə CNN və The Washington Post məlumat yayıb .
Bundan əvvəl bir qrup respublikaçı Nümayəndələr Palatasının tam tərkibində səsvermədə Emmerin namizədliyini dəstəkləməyəcəklərini bildirmişdilər. Bu o deməkdir ki, onun spiker seçilmək şansı demək olar ki, yoxdur, çünki o, demokrat qanunvericilərin dəstəyinə arxalana bilmir.