"ABŞ İranla hərbi münaqişəyə girmək potensialına malikdir".
"Unikal" xəbər verir ki, bunu Pentaqon rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor X sosial şəbəkəsindəki hesabında bildirib.
Makqreqor hesab edir ki, bu mümkün münaqişə fəlakətə çevrilə bilər.
"Biz İranla müharibəyə doğru gedirik", deyə Pentaqonun rəhbərinin keçmiş müşaviri yazıb.
Duqlas Makqreqor əlavə edib ki, ABŞ və İran arasında münaqişə yaranarsa, bütün Yaxın Şərq regionu münaqişəyə qarışacaq.
Nuranə Abbasova