Berdyanskda (Ukraynanın, Zaporojye vilayətində liman şəhəri - red.) naməlum şəxslər rusiyalı hərbçilərinin olduğu avtomobili partladıblar.
"Unikal" xəbər verir ki, bu barədə "Baza" məlumat yayıb.
Nəşrin məlumatına görə, avtomobilin sürücüsü dünyasını dəyişib. Bildirilir ki, naməlum şəxslər hərbçiyə məxsus “VAZ” markalı avtomobilin sürücü oturacağının altına bomba yerləşdiriblər.
Terror aktı və partlayıcı qurğuların qanunsuz dövriyyəsi ilə bağlı cinayət işi açılıb.
Gülayə Mecid