İsrail hərbçiləri Qəzza zolağında HƏMAS-ın Şimal batalyonunun komandiri, əvvəllər HƏMAS dəniz qüvvələrinə komandanlıq etmiş Taysir Mübaşiri öldürüb. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Həcəri məlumat verib.

"İsrail Baş Təhlükəsizlik Xidmətinin kəşfiyyat məlumatlarına əsaslanan əsgərlər Xan Yunis bölgəsində HƏMAS terror təşkilatının Şimal batalyonunun komandiri Taysir Mübaşiri öldürüblər. O, HƏMAS hərbi qüvvələrinin keçmiş komandanı olub və bir sıra vəzifələrdə çalışıb", - Həcəri brifinqdə deyib. 

Ağarza Elçinoğlu