Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanı gözdən salmağı əmr edib.
"Unikal" xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "Joqovurd" nəşri növbəti yazısında dərc edib
"Bir aylıq fasilədən sonra, cümə günü Nikol Paşinyanın rəhbərliyi ilə Mülki Müqavilənin üzvləri kollegiya iclası keçirdilər. Paşinyan və Dövlət Dumasının üzvləri üçün əsas məsələ hakimiyyətin qorunub saxlanmasıdır. Nikol Paşinyan kollegiya iclasında komanda yoldaşlarına deyib ki, ruslar hakimiyyəti onun əlindən almaq istəyir, ona görə də onu saxlamaq üçün sərt və aydın addımlar atılmalıdır. Paşinyan erməni cəmiyyətində anti-Rusiya əhval-ruhiyyəsini dərinləşdirməyi tapşırıb. Planlarına çatmaq üçün o, bütün resurslardan istifadə etməyi və bu tezislərin istənilən platformada təbliğini əmr etdi”,- nəşr yazır.
Gülayə Mecid