Livan Hizbullahının baş katibi Həsən Nəsrullah, Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad əl-Nəhhale və HƏMAS Siyasi rəhbərinin müavini Saleh əl-Aruri ilə görüşüb.
"Unikal" xəbər verir ki, bu barədə Hizbullahın rəsmi "Telegram" kanalı məlumat yayıb.
Bildirilir ki, Nəsrullahın Nahhale və Aruri ilə üçtərəfli görüşündə Qəzzada baş verən son hadisələr , xüsusilə HƏMAS-ın İsrailə qarşı başlatdığı “Əqsa tufanı” hücumu və Livan-İsrail sərhədindəki qarşıdurmaların müzakirə edilib.
Gülayə Mecid