Rusiya Ermənistan və Azərbaycanla dialoqa davam edir, lakin hələ də ciddi dəyişikliklərə nail olunmayıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə sülh nizamlanması planınınhazırlanması üçün danışıqların Moskvada keçirilməsi təklifi üzrə irəliləyişin olub-olmaması ilə bağlı sualı cavablandırarkən bildirib.
"Hələ yox. Dəqiq anlaşma yoxdur. Biz əlaqələrimizi davam etdiririk ", - Kreml rəsmisi bildirib.
Xatırladaq ki, MDB Dövlət Başçıları Şurasının oktyabrın 13-də keçirilən iclasında Rusiya prezidenti Vladimir Putin ölkəmizin Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hələ də hazır olduğunu xatırladıb və bununla bağlı danışıqların aparılmasını təklif edib.
Gülayə Mecid