Qəbələ rayonunda intihar hadisəsi olub.

"Unikal"ın məlumatına görə, hadisə bu gün rayonun Savalan kəndində qeydə alınıb. Kənd sakini, 1971-ci il təvəllüdlü Babazadə Namiq İkram oğlu yaşadığı evin həyətində ov tüfəngindən özünə atəş açaraq intihar edib. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. 

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 

Şahnəzər Bəşirov