Türkiyəli aktyor Aras Bulut İynemlinin aktyor qardaşı Orçun narkotik maddə aludəçisi olduğunu etiraf edib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Orçunun həyat yoldaşı Eda polisə şikayət edib.
O, həyat yoldaşının ona şiddət göstərdiyini və evdə narkotik yetişdirdiyini bildirib.
Məhkəmə zamanı "Aludəçiyəm, müalicə olunmaq istəyirəm" deyə, açıqlama verən Orçun sərbəst buraxılıb.