Bir müddətdir həmkarı Pınar Dənizlə sevgili olan və onu ailəsi ilə tanış edən Kaan Yıldırım evlənəcəkləri müjdəsini verib.

"Unikal" xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında yazıb.

"Evlilik xəbəri doğrudur. Evlənirik", - deyə Kaan yazıb.

O, evlilik tarixini göstərməyib. 

Qeyd edək ki, Pınar Deniz hazırda "Yargı" serialında Ceylin obrazını canlandırır.