"Geosiyasi güc balansı Qərbin xeyrinə deyil, dəyişməkdə davam edir".
"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minskdə Avrasiya təhlükəsizliyinə dair konfransda deyib.
"Bunu da Soyuq Müharibədən sonrakı dövrün başa çatması haqqında danışmağa başlayan Qərb elitasının nümayəndələri də etiraf etməyə başlayıb. Bu barədə Bayden, Makron və Qərb ölkələrinin digər liderləri danışıblar. Dünyanın əksər ölkələrinin, o cümlədən Rusiyanın Avrasiyada müsbət, gələcəyə hesablanmış dövlətlərarası gündəmi təşviq etmək səyləri Qərb azlığının şiddətli müqaviməti ilə üzləşir", - deyə Lavrov qeyd edib.
Nazir qeyd edib ki, Birləşmiş Ştatlar və onun müttəfiqləri beynəlxalq ictimaiyyətə “birtərəfli oyun qaydaları” tətbiq etməklə, hökmranlığı saxlamaq və qlobal əhəmiyyətli qərarlar qəbul etmək hüququnu monopoliyaya almaq istədiklərini gizlətmirlər. Qərb razılaşmayanlara qarşı müxtəlif təzyiq üsullarından, o cümlədən qlobal informasiya məkanında demonizasiyadan istifadə edir.
Gülayə Mecid