“Azərbaycanda yaxın aylarda pensiyaların artırılması realdır”
11:25 11-04-2013
CƏMİYYƏT
“Azərbaycanda yaxın aylarda pensiyaların artırılması realdır”
Azərbaycanda əmək pensiyalarının baza hissəsinin artırılması üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) iqtisadi göstəriciləri yüksəkdir.
Bunu jurnalistlərə açıqlamasında DSMF-nin sədri Səlim Müslümov deyib.
Onun sözlərinə görə, artıq ölkədə pensiyaların gecikdirilməsi halları tamamilə aradan qaldırılıb: “Bu gün aprelin 10-dur, amma Bakı şəhəri, Sumqayıt və məcburi köçkünlərin məskunlaşdığı rayonların pensiyalarını artıq köçürmüşük. Gələn həftənin ilk günlərində isə digər rayonların pensiyalarının maliyyələşdirilməsi işləri həyata keçiriləcək. Bu, onu göstərir ki, bizim artımların maliyyələşdirilməsi üçün kifayət qədər məbləğimiz var və yaxın bir neçə ayda bu məbləğ tamamilə formalaşacaq. Bu da pensiyaların baza hissəsinin artırılması üçün dövlət başçısına müraciət etmək üçün şərait yaradır”.
DSMF sədri bildirib ki, bütün hesablamalar bir neçə aya pensiyaların baza hissəsinin artırılmasının real olduğu göstərir.
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22