Şəmkir rayonunun Aşağı Seyfəli kənd sakini, 1999-cu il təvəllüdü Zəhra Əhmədovanın öldürülməyə cəhdə təqsirləndirilən şəxs barəsində cinayət işinin istintaqı tamamlanıb.
Bu barədə "Unikal"a Şəmkir Rayon Prokurorluğundan məlumat verilib.
Cinayət işinin istintaqı Şəmkir Rayon Prokurorluğunda aparılıb.
İstintaqla, aralarında yaranmış mübahisə səbəbindən 1990-cı il təvəllüdlü Əfsun Əhmədovun arvadı Zəhra Əhmədovaya ov silahı ilə atəş açaraq onu öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Əfsun Əhmədova Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işinin istintaqı tamamlanaraq ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq edilməklə aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.