Fələstin əsilli dünyaca məşhur model Bella Hadid ölkəsinə dəstək verdiyi üçün ölümlə təhdid edilib.
"Unikal" xəbər verir ki, model bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.
Fələstinə dəstək mesajlarına görə, bir müddətdir ölüm təhdidləri alan model nömrəsinin naməlum şəxslər tərəfindən paylaşıldığı bildirib.
"Hər gün ölüm təhdidləri alıram. Telefon nömrəm sızdı və mənim ailə təhlükədədir. Mən daha səssiz qalmayacağam. Qorxu seçim deyil. Fələstindəki insanlar və uşaqlar, xüsusən də Qəzzada olanlar bizim səssizliyimizə dözə bilmirlər. Onlar çox cəsurdur, biz yox", - model ifadə edib.