50 yaşlı tanınmış müğənni İşın Karaca 5 ildir sevgili olduğu özündən 21 yaş kiçik sevgilisi Can Yapıcıoğlu ilə ailə qurub.
"Unikal" xəbər verir ki, cütlüyün toy mərasimi Amsterdamda baş tutub.
Toydan sonra Karaca sosial media hesabında həyat yoldaşının əlindən tutaraq çəkilmiş şəklini paylaşıb. Karacanın toyunda yaxın ətrafı iştirak edib.
İşin Karacanın Soner Kıvançla ilk evliliyindən Erda Kıvanç (1993) adlı oğlu, Sedat Doğanla ikinci evliliyindən isə Mia (2011) adlı bir qızı var.