"Prezident seçkilərində müxalifətin məğlubiyyəti birmənalıdır"
11:51 11-04-2013
CƏMİYYƏT
"Prezident seçkilərində müxalifətin məğlubiyyəti birmənalıdır"
Azərbaycanın siyasi eksperti hesab edir ki, qarşıdan gələn prezident seçkilərində müxalifətin məğlubiyyəti birmənalıdır
"Yəni müxalifət seçkiyə "buket"lə gəldiyinə görə indidən iqtidarın namizədini təbrik etmək olar", - bunu Trend-ə siyasi ekspert Cümşüd Nuriyev deyib.
O vurğulayıb ki, vahid namizəd məsələsində müxalifət bir araya gələ bilmədi və gələ bilməyəcəyi də əvvəlcədən proqnozlaşdırılmışdı.
"Amma müxalifətin bir-birinə bu dərəcədə düşmən kəsildiyini açığı gözləmirdim. Əgər bir ölkənin müxalifətində olan liderlər bir-birinə etibar etmir və bir-birilərini müxtəlif xarici dövlətlərə işləməkdə suçlayırlarsa, onda xalq neyləməlidir?" - Nuriyev qeyd edib.
O qeyd edib ki, bir az kobud çıxsa da, Azərbaycan müxalifətini "saxta" müxalifət adlandırmaq olar.
Nuriyevin hesab edir ki, fikirlə müxalifət olmaq hələ müxalifət olmaq deyil.
"Müxalifət dünyanın hər yerində siyasi dəsti-xəttlə müxalifət olur. Kimlərisə küçəyə tökməklə, kimlərisə döydürməklə, özü arxada durmaqla müxalifət olmaz", - Nuriyev deyib.
O hesab edir ki, bu, müxalifətçilik yox, çayxana səviyyəsində düşüncə tərzindən doğan bir şeydir.
Nuriyev qeyd edib ki, əvvəllər gün ərzində heç olmasa 12 saatlıq müxalifət var idi, indi 6 saatlığa keçib, müxalifətin sifəti gündə 4 dəfə dəyişir.
"Xalq 24 saat olanı qəbul edir, 6 saatı qəbul etmir. Qalan 18 saatı müxalifət kim olmalıdır? Bu, nə müxalifətçilikdir? Gah bitərəf olurlar, gah Amerikanın, gah Rusiyanın, gah da digər ölkələrin adamı olurlar", - politoloq deyib."Müxalifətin çoxqütblülüyünü nəzərə alaraq, inanmıram ki, o, çox sayda səs toplaya bilsin".
Millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı "El" hərəkatının rəhbərinin prezident seçkilərində namizədliyini irəli sürməsinə münasibət bildirərkən deyib.
Bununla yanaşı, Ağamalı qeyd edib ki, seçkilərdə iştirak etmək Eldar Namazovun konstitusion hüququdur, lakin onun seçkilərdə iştirakından hansısa sürprizlər gözləməyə dəyməz.
Millət vəkili deyib ki, Eldar Namazov müxalif mövqedə dayanan siyasətçidir. Müxalifətin də çoxqütblü mahiyyət daşıdığını da nəzərə alsaq, bu çoxqütblük şəraitində Eldar Namazovun böyük səs toplayacağı şansını azaldır.
F.Ağamalı bildirib ki, müxalifətdə digər namizədlər də seçkilərdə iştirak etmək barədə fikirlərini bəyan ediblər. Konkret olaraq, İsa Qəmbər də seçkilərdə iştirak etmək niyyətində olduğunu bildirib. Müxalifətdə duran digər partiyaların da namizədlərinin olacağı istisna edilmir.
"Qarşıdan gələn seçkilərdə 10-a yaxın müxalif namizəd seçkilərdə imkanlarını sınağa çəkəcək. Bu bütövlükdə müxalifətin cəmiyyəti dəstəkləyən və ya seçkilərə biganə yanaşan elektoratın miqdarı 25-30% deyil. Bu 25-30% də 8-9 müxalifət partiyası arasında bölünsə, Eldar Namazovun da payına çox aşağı səs payı düşəcək”, - o əlavə edib.
“Azərbaycan müxalifəti bugünkü liderləri, taktikası və siyasəti ilə iflasa məhkumdur”.
Bu sözləri isə millət vəkili Musa Quliyev Azərbaycan müxalifətinin seçkilərdəki şanslarını dəyərləndirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda müxalifət indiyə qədər birlik sözünü də formal mənada işlədir və əksər hallarda da birliyi öz liderlərinin ətrafında görməklə kifayətlənirlər. Hər kəs hesab edir ki, başqa müxalifət partiyası ona birləşəndə bu düzgün birlik modeli ola bilər.
“Müxalifət partiyalarının bu gün birləşməsi də, ayrılması da, seçkiyə getməsi də nəticə etibarı ilə seçkinin taleyinə təsir göstərməyəcək", - o əlavə edib.
Azərbaycan müxalifətinin köhnəldiyini deyən Musa Quliyev əlavə edib ki, onların nə yeni ideyaları, nə də ki, yeni liderləri var.
"Xalq bilir ki, konkret iş görən kimdir və boş-boş vəd verən kimdir. Bu səbəbdən onların birlik çağırışları, yaxud müxtəlif formatda yeni qurumlar yaratması müəyyən manipulyasiyadan başqa bir şey deyil”, - millət vəkili vurğulayıb.
"Müsavat partiyasının bəyanatlarına baxmayaraq, əgər Rəsul Quliyev seçkilərdə iştirak etsə, o, Müsavatın namizədindən çox səs toplayacaq".
Açıqlamasında Azərbaycan Proqressiv Sosialist Partiyasının (APSP) sədri Rüstəm Şahsuvarov bildirib. O hesab edir ki, Müsavat Partiyası rəqabətdən qorxur.
Onun sözlərinə görə, elə vaxtlar olub ki, Rəsul Quliyev, doğrudan da, müxalifətə, xüsusilə də Müsavat Partiyasına yardım edib. Rəsul Quliyevin rəhbərlik etdiyi Açıq Cəmiyyət Partiyası sağ müxalifət partiyaları arasında aktiv rol oynayır.
"Lakin Müsavat heç zaman bu partiyaya və onun rəhbərinə qarşı birmənalı münasibət göstərməyib. Bunu rəqabətlə əlaqələndirmək olar. Hamıya yaxşı məlumdur ki, Müsavat partiyası və onun rəhbəri İsa Qəmbər öz rəqiblərinə necə münasibət göstərir. Onların Xalq Cəbhəsi Partiyası (AXCP) ilə münasibətlərini göstərmək olar. Müsavat və ACP ilə təxminən eyni münasibətlərdir", - o əlavə edib.
Şahsuvarov onu da qeyd edib ki, həmişə demokratiyadan danışan Müsavat Partiyasında yerlibazlıq məsələsi həmişə olub və orada qərb bölgəsindən olan adamları heç vaxt sevməyiblər.
Fuad
Digər Xəbərlər
2024-11-24 15:31:34
2024-11-24 13:31:30
2024-11-24 13:03:59
2024-11-24 12:18:38
2024-11-24 00:50:52
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22