Türk musiqisinin əfsanəvi adı Barış Mançonun illər əvvəl Osakada verdiyi konsertdə dedikləri yenidən gündəmə gəlib.
"Unikal" xəbər verir ki, ustad sənətçinin "2023-cü ildə Cümhuriyyətimizin 100 yaşı tamam olacaq. Mənim də həmin il 80 yaşım tamam olacaq. 2023-cü ildə yenidən bura gəlmək istəyirəm. Osakada yenidən bu mahnını ifa etmək istəyirəm" sözləri sevənlərini duyğulandırıb.
Anadolu rok musiqisinin əfsanəvi adı Barış Mançonun vəfatından 24 il keçir. 1999-cu ilin fevralında dünyasını dəyişən ustad sənətkarın arxasında gözəl bir həyat və böyük izlər qoyub. Musiqi ustası qısa ömründə 148 ölkəyə və yüzlərlə şəhərə səyahət edib.