Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsindən Cərrahiyyə şöbəsinə köçürülüb.

Sumqayıt Tibb Mərkəzinin İctimaiyyətlə əlaqələr bölməsindən "Unikal"a bildirilib ki, onun vəziyyəti stabildir.  1960-cı il təvəllüdlü Tərlan Fərəcova Reanimasiya şöbəsində müalicəsini davam etdirir, vəziyyəti orta ağır qiymətləndirilir.

1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.