"Dünyanın başqa ölkələrində də müharibələr və həmin ərazilərə sahib çıxan dövlətlər olur, amma dünyanın heç bir ölkəsində Ermənistanın Qərbi Azərbaycandakı toponimlərə qarşı yürütdüyü siyasətə uyğun gələni görülməmişdi. Bu, ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən total genosid hadisəsidir".

"Unikal" xəbər verir ki, bunu AMEA-nın prezidenti, Milli Məclis yanında Toponimiya Komissiyasının sədri, deputat İsa Həbibbəyli parlamentdə keçirilən ictimai dinləmədə deyib.

Onun sözlərinə görə, ermənilər nəyin ki, xalqı qırmaq, öz torpaqlarından qovmaq, onun adı ilə bağlı nə varsa, hamısını yer üzündə siliblər:

"Dünyada ən qəddar rejimlər belə addım atmayıb. Ermənistan bu işlərlə bağlı beynəxlaq məhkəmələr qarşısında cavab verməlidir. Bu, terror və qəsdir. Tarixi silmək kimi beynəlxalq cinayətin ifadəsidir. Bununla yanaşı Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini həyata keçirib".

Anar Kəlbiyev