"Prezident İlham Əliyevin siyasi iradəsi ilə Qərbi Azərbaycana sülh yolu ilə qayıdacağıq". 

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov parlamentdə keçirilən ictimai dinləmədə deyib.

“Prezidentin tapşırığı əsasında 2012-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Azərbaycanın 1903-cü ildəki xəritəsi Azərbaycan, rus və ingilis dillərində çap olundu. Həmin xəritədə bütün adlar Azərbaycan və Türk adları idi. Qərbi Azərbaycan sakinlərinin o torpaqlara qayıdışı zamanı bu xəritədən mütləq istifadə olunmalıdır”, - deyə  komitə sədri bildirib.

Müxtəlif illərdə Azərbaycana məxsus toponimlərin dəyişdirilməsi və ermənilərin bunu məqsədli şəkildə həyata keçirdiyini diqqətə çatdıran Ə.Əmiraslanovun sözlərinə görə, Qərbi azərbaycanlılar öz torpaqlarına qayıdanda toponimlərin də adı dəyişdiriləcək.

Anar Kəlbiyev