Tanınmış türkiyəli şoumen Mehmet Ali Erbil ötən həftələrin birində evlilik təklifi etdiyi özündən 40 yaş kiçik sevgilisi Gülseren Ceylandan ayrılıb.
"Unikal" xəbər verir ki, bu barədə Gülseren İnstaqram hesabında bildirib.
"Mehmet Ali Erbillə yolları ayırdım. Ona həyatda uğurlar arzulayıram. Buradan ümumi cavab verim: bir daha bu mövzuda danışmayacağam"- deyə o bildirib.
Mehmet Ali Erbil ayrılıqdan sonra açıqlama verməsə də, cütlük bir-birləri ilə olan fotolarını İnstaqram hesablarından siliblər.