"Show TV" ekranlarında yayımlanan "Didem Arslan Yılmazla Vazgeçmə" verilişində Esra Şömelek adlı qadın müğənni Doğuşla dini nikah bağladığını bildirib.
"Unikal" xəbər verir ki, Esranın bu etirafı hər kəsi təəccübləndirib.
Belə ki, onun iddiasına əsasən, Doğuş azərbaycanlı aparıcı Xoşqədəm Hidayətqızı ilə evli olduğu halda, onunla da kəbin kəsdirib. Esra buna sübut kimi ad günündə çəkilmiş videosunu göstərib.
Onun sözlərinə görə, Doğuş həyat yoldaşından boşanacağını vəd edib. X.Hidayətqızı isə boşanmaq üçün Doğuşdan 1 milyon dollar istəyib.