Moskva məhkəməsi rejissor Yevgeniya Berkoviçin və dramaturq Svetlana Petriyçukun terrora haqq qazandırması işi üzrə həbs müddətini uzadıb.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin məlumatında deyilir.
Berkoviç və Petriyçuka qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci (terror fəaliyyətinə açıq çağırışlar, terrorçuluğa açıq bəraət qazandırmaq və ya terrorizmin təbliği) maddəsi ilə cinayət işi açılıb.
Buna səbəb Berkoviçin sosial şəbəkələrdə radikal İslam nümayəndələri ilə görüşən qadınlardan bəhs edən “Finist – Aydın Şahin” tamaşası olub. Petriyçuk tamaşanın ssenarisini yazıb. Onlar ittihamları rədd edirlər.
Nuranə Abbasova