Rus estradasının əfsanəsi Alla Puqaçova Rusiyaya qayıdıb.

"Unikal" Rusiya KİV-nə istinadən xəbər verir ki, Puqaçova bu gün axşam saatlarında Pskov vilayətindəki sərhəd-keçid məntəqəsindən ölkəyə daxil olub.

Müğənninin həyat yoldaşı Maksim Qalkin onunla olmayıb. 

Puqaçovanın övladları ilə birlikdə İsraili tərk etdiyi daha əvvəl bildirilmişdi. Sonra media onun 2017-ci ildə villa aldığı Kiprə köçməyi planlaşdırdığını yazmışdı. 

Puqaçova Rusiya-Ukrayna müharibəsi başlayandan az sonra ailəsi ilə birlikdə İsrailə köçüb.

Nuranə Abbasova