Müğənni Rəvan Qarayevin "Gelandewagen" markalı avtomobilini soyublar.

"Unikal" xəbər verir ki, ifaçı həmin görüntüləri "Xəzər axşamı" proqramında nümayiş etdirib. Rəvan bildirib ki, maşından yalnız ətirləri oğurlanıb:

"Xalamgilə getmişdim. Səhər durdum ki, maşınım bu haldadır. Sənədlərimə dəyməyiblər. Amma səsgücləndiricini söküb aparıblar. Maşından düşəndə pullarımı ora qoymaq istəyirdim, son anda özümlə götürdüm. Avtomobildə bahalı əşyalar saxlamıram".