Ermənistanla Azərbaycan arasında münaqişə hər iki tərəfə uzunmüddətli perspektivdə sağalması asanlıqla mümkün olmayan böyük yaralar verib. 

"Unikal" xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib. 

O, qeyd edib ki, indi sülhün açarlarına sahib olan hər kəsin qarşılıqlı etimad yolunu tutması vacibdir: "Bu yolla Almaniya və ümumilikdə Aİ İrəvanı və Bakını konkret təşəbbüslərlə dəstəkləməyə hazırdır". 

Bebokun fikrincə, Qlobal Gateway layihəsində iştirak etmək Ermənistan və Azərbaycanı bir-birinə, eləcə də Avropaya yaxınlaşdıra bilər.

XİN rəhbəri bölgədə etimad və sülhün bərqərar olmasının çox vacib olduğunu vurğulayıb: "Buna görə də Almaniya Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə üçtərəfli danışıqların tez bir zamanda bərpa olunmasının tərəfdarıdır". 

Ağarza Elçinoğlu