Şiə Hizbullah partiyası İsrailə  daha əvvəl heç vaxt istifadə olunmayan güclü raket atıb.

"Unikal" xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Zərbə Livanın Ayta əş-Şaab və Rmeiş yaşayış məntəqələri yaxınlığındakı sərhəddə İsrail ordusunun mövqeyinə endirilib. Bunlar Livanın cənubundakı kəndlərdir .

İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, Livandan atılan atəşə cavab olaraq İDF döyüşçüləri son bir saat ərzində Hizbullah hədəflərinə zərbələr endirirlər. Bundan əlavə, hücumlar tank və artilleriya mərmiləri ilə həyata keçirilib.

Bundan əvvəl Livanın şiə Hizbullah hərəkatının baş katibi Həsən Nəsrullah ərəb və islam ölkələrinə İsraillə diplomatik münasibətləri dayandırmağı, oradan neft və qaz ixracını dayandırmağı tövsiyə edib .