"Kızıl goncalar" serialında rol alacaq aktyorlardan daha birinin kimliyi bəlli olub.

"Unikal" xəbər verir ki, ekran işində Can Aslantuğ rol alacaq. O, "Can" obrazı ilə izləyicilərin qarşısına çıxacaq.

Xatırladaq ki, Can aktyor Mehmet Aslantuğla aktrisa Arzum Onanın oğludur. İkili bir müddət əvvəl 27 illik evliliklərini sonlandırıblar.

Qeyd edək ki, serialın baş rollarını Özgü Namalla Özcan Deniz paylaşacaq.