Kantri müğənnisi Endi Stoun amerikalı məşhur həmkarı Meray Kerrirni yenidən məhkəməyə verib.
"Unikal" xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb.
Səbəb isə Merayın 1989-cu ildə Stounun "Vince Vance the Valiants" qrupu tərəfindən buraxılmış və “All I Want for Christmas Is You” mahnısının adından istifadə etməsi olub.
Kerrinin treki isə 1994-cü ildə işıq üzü görüb. Endi sənətçidən 20 milyon dollar təzminat tələb edir.
Qeyd edək ki, sənətçinin hiti ən məşhur Milad mahnılarından biri hesab olunur. Bəstə 2022-ci ildə bayram ərəfəsində 20 milyon dəfədən çox dinlənilib.