Noyabrın 1-də saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat və həyat yoldaşı Engin Polat məhkəmə qarşısına çıxarılıb.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmədə ifadələri alınan Dilan Polat, Engin Polat və Sıla Doğu da daxil olmaqla 12 nəfərin həbsinə, 6 nəfərin isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılmasına qərar verilib.
Xatırladaq ki, Dilan Polatın bacısı Sıla Doğu, Engin Polatın qardaşı Kürşat Polat, mühasib Beyza Ekici, maliyyə işlər məmuru Ahmet Gün də saxlanılanlar arasındadır.
İlkin məlumata əsasən, onlar çirkli pulların yuyulmasında ittiham olunurlar.