Zəngilanda bir nəfərin ölümü 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, hadisə Füzuli-Zəngilan avtomobil yolunun rayonun Ağalı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik maşını ilə "Kamaz" toqquşub.Qəza zamanı 1 nəfər hadisə yerində ölüb, 4 nəfər isə ağır yaralanıb.

Xəsarət alanlar - sürücü Emin İbrahimov, Natiq Bayramov, Vüsal İsmayılzadə və Təbriz adlı şəxsdir. 1972-ci il təvəllüdlü Şəmsəddin Sədiyev isə dünyasını dəyişib. 

Qeyd edək ki, minik maşını Zəngilanda yerləşən şirkətlərdən birinə məxsusdur.

Tural Əhmədov