Tanınmış azərbaycanlı jurnalist Nailə Əsgərzadə Rusiyadan Azərbaycana qayıdıb.
"Unikal" xəbər verir ki, o, Bakıya səfəri barədə sosial şəbəkədəki səhifəsində bildirib.
Jurnalist İçərişəhərdə çəkilmiş şəklini paylaşıb: "Bakı mənim üçün dost şəhər və uşaqlıq evidir. Bakı ürəyimdə saxladığım və həyatım boyu özümlə aparacağım çox şeydir".
Nailə Əsgərzadə Azərbaycanda anadan olub. O, hazırda Rusiya vətəndaşıdır.