Amerikalı dünya şöhrətli aktyor, Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvartseneqqer Yaxın Şərqdə başlayan müharibədən danışıb.
"Unikal" xəbər verir ki, o, bu barədə yerli KİV-ə açıqlama verib.
“Fələstinlilərin yaşamaq hüququ var. Fələstinlilərin öz ölkələrinə sahib olmaq hüququ var. İsrail amansız, səbəbsiz hücuma məruz qaldı, günahsız insanlar öldürüldü, işgəncələrə məruz qaldı, yandırıldı. Amma eyni zamanda başa düşmək lazımdır ki, iki dövlətin yaradılması yolu ilə həll yolu lazımdır. Və onlar bir-birinin yanında yaşamağı öyrənməlidirlər”, - Şvartseneqqer bildirib.