Yaxın zamanda yayımlanması gözlənilən "Ağlayan gelin" serialında rol alacaq daha bir neçə aktrisanın kimliyi bəlli olub.
"Unikal" xəbər verir ki, ekran işində aktrisalar Meral Çetinkaya və Sinem Uslu rol alacaq. Onlar layihədə "Boncuk" və "Gülender" obrazlarını canlandıracaqlar.
Qeyd edək ki, serialın baş rollarını Feyyaz Şerifoğlu və Ayça Ayşin Turan ifa edəcək.
Meral son olaraq "Darmaduman", Sinem isə "Evlilik hakkında her şey" serialında rol alıb.