Türkiyəli aktrisa Zerrin Sümerin 8 ay əvvəl ailə qurduğunu etiraf edib.
"Unikal" xəbər verir ki, 78 yaşlı aktrisa 22 ildir münasibətdə olduğu şəxslə nikah masasına əyləşdiyini bildirib.
Qeyd edək ki, Zerrin hazırda "Ömər" serialında rol alır. O, daha əvvəl Günay Tuncellə ailəli olub və boşanıb, bir övladı var.