Çində 5,3 bal gücündə zəlzələ qeydə alınıb.
"Unikal" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 506 min nəfər əhalisi olan Kaşqar şəhərindən 190 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşir.
Dağıntı və tələfat barədə məlumat yoxdur.