7 noyabr 2023-cü il tarixində Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi 8 Noyabr Zəfər Günü münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat sahəsində çalışan şəhid ailə üzvlərinin, qazilərinin və 44 günlük müharibə veteranlarının şərəfinə ziyafət təşkil edib.
"Unikal" xəbər verir ki, tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyev və vətənimizin bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət himni səslənib.
Daha sonra çıxış edənlər giriş nitqi ilə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından söz açıb, şəhid və qazi ailələrinin hər zaman diqqət mərkəzində saxlanıldığını bildirib və bayramlarını təbrik edib.
Sonra isə tədbir İncəsənət xadimlərinin çıxışları ilə davam edib.