Bakı Beynəlxalq Avtovağzal Kompleksində 8 Noyabr – Zəfər Gününə həsr olunan tədbir keçirilib.
"Unikal" xəbər verir ki, inzibati binada təşkil olunan tədbirdə Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Kompleksin baş direktoru Qəhrəman Qələndərov bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın 200 illik işğal siyasətinə son qoydu:
"Azərbaycanın adı dünya tarixinə qalib dövlət kimi yazıldı. Azərbaycan Ordusu möhtəşəm zəfərə imza atdı", - baş direktor qeyd edib.
Sonra Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçıları çıxış edərək döyüş xatirələrini bölüşüblər. Tədbirin sonunda müharibə iştirakçılarına təşəkkürnamə və hədiyyələr təqdim olunub.