Gəncədə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş Zəfər yürüşü keçirilib.
"Unikal" xəbər verir ki, Zəfər yürüşü Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Quru Qoşunların Komandanlığının təşkilatçılığı ilə baş tutub. Hərbi orkestrin müşayiəti ilə keçirilən yürüş şəhərin Nizami Gəncəvi prospektindən başlayaraq, Heydər Əliyev və Atatürk prpospektləri ilə davam edib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Quru Qoşunları Komandanlığının rəhbər heyəti, millət vəkili, Yap Gəncə şəhər təşkilatının sədri, ictimaiyyət nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları və sakinlər iştirak ediblər. Zəfər yürüşü hər kəs tərəfindən böyük coşqu ilə qarşılanıb.
Qeyd edək ki, təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq, bu gün Gəncədə 8 Noyabr - Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilir.