Türkiyənin Baykar İdarə Heyətinin sədri Selçuq Bayraktar Azərbaycanın Qarabağ Zəfərinin 3-cü ildönümü ilə bağlı paylaşım edib.

"Unikal" xəbər verir ki, Bayraktar bu haqda “X” sosial media hesabında yazıb.

“İHA-larla qazanılan ilk zəfər kimi tarixə düşən Azərbaycan Zəfərini təbrik edir, şəhidlərimizi rəhmətlə yad edirəm. Çətin günlərdə bütün dünyaya göstərdiyimiz qardaşlığımızla hər zaman bir və bərabər olmağa davam edəcəyik” deyə, Bayraktar qeyd edib.