Respublika Perinatal Mərkəzdə Zəfər Günü münasibətilə tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbiri Mərkəzin direktoru Mehriban Abasquliyeva açıq elan edib. O bildirib ki, Perinatal Mərkəz qazi və şəhid ailələrinə dəstək üçün həmişə hazırdır. Bu münasibətlə şəhid Sənan Kərimovun anası Ətrabə xanım müəssisəmizə dəvət olunub.
Ətrabə xanım şəhid Sənanla bağlı xatirələrindən danışmış və kövrək anlar yaşanıb.
Bundan başqa uzman neonatoloq Fatmaxanım Osmanova, Acil şöbəsinin müdiri Şahnaz Vəliyeva, həkim - nevropatoloq Aynurə İbrahimova, uşaq neonatoloqu Könül Məmmədova, Uşaq reanimasiyasının baş tibb bacısı Məhbulə Qurbanova, anbardar Xəyyam Bədəlov mövzu ilə bağlı ürək sözlərini söyləyiblər.