Zəfər Günü azadlığına qovuşub, doğma övladlarına qucaq açan Füzuli şəhərində də şövqlə qeyd olunub.

"Unikal" xəbər verir ki, bu barədə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov "X" hesabında paylaşıb.

"Beynəlxalq Muğam Mərkəzinin solistlərinin ifaları şəhər sakinlərinin əhvalına xoş bayram ovqatı qatıb. Konsertdən sonra atəşfəşanlıq keçirilib", - deyə qeyd olunub.