Sonuncu dəfə "Yarqı" serialında rol alan Mehmet Yılmaz Akının yeni layihəsi bəlli olub.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Bahardan önce" serialında rol alacaq.
Onun tərəf müqabili isə Demet Evgar olacaq.
Qeyd edək ki, ekran işi "Show" telekanalında yayımlanacaq.