Oktyabrın 7-dən bəri sistemli şəkildə Fələstin xalqını hədəfə alan və minlərlə insanın ölümünə səbəb olan İsrailə reaksiyalar səngimək bilmir.
"Unikal" xəbər verir ki, Fələstin xalqına dəstək verənlər arasında məşhur model Bella Hadid də var. Hər fürsətdə və bütün sosial platformalarda İsrailin hücumlarını qınayan Hadidin bu açıqlamalarına görə lüks geyim markası "Dior" ilə müqaviləsinə xitam verildiyi iddia edilib.
İddialara görə, Fələstinə dəstək mesajı verən Hadidin açıqlamaları "Dior"u narahat edib və məşhur modellə çalışmamağa qərar verib.
Hadid 2016-cı ildən brendin siması olub. Onun əvəzinə başqa modellərlə çalışdıqları da bildirilib.