Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ölkəsinin Qəzza zolağında böhranın həllində qarant dövlət kimi çıxış etməyə hazır olduğunu təsdiqləyib.

"Unikal" xəbər verir ki, o, bunu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İƏT sammiti çərçivəsində İran prezidenti İbrahim Rəisi ilə görüşündə deyib, Ərdoğanın administrasiyası bildirib. 

"Prezident Ərdoğan qeyd edib ki, Türkiyə qarant kimi məsuliyyəti üzərinə götürərək problemin həlli prosesinə töhfə verməyə hazırdır", - Türkiyə tərəfinin bəyanatında deyilir. 

Ərdoğan həmçinin vurğulayıb ki, İslam dünyası vahid mövqedən çıxış etməli və İsrailə təzyiq göstərməlidir.